13.03.2026
Evimizin gizli qəhrəmanları: Radiatorlar
Radiatorlar nədir?
Qış aylarında evimizin əsas qəhrəmanları evimizin istilik təminatçıları olan radiatorlardır.
Radiator dedikdə istilik mənbəyidən metal səthlər vasitəsilə havaya ötürülən istiliyin paylanması ilə ətraf mühiti qızdıran cihaz başa düşülür.
Radiatorlar istilik enerjisinin bərabər paylanmasını təşkil edərək enerji səmərəliyində mühüm rol oynayır.
Radiatorlar istilik mənbələri yalnızca sudan deyil, buxar, elektrik kimi başqa mənbələrdən də istifadə edir.
Onlar necə işləyir?
Bir çoxumuz radiatorları evimizdə maşınımızda istifadə etsək də, onların işləmə mexanizimlərini aydın bilmirik.
Bəs bu gizli qəhrəmanlar necə işləyir?
İstifadə etdiyi istilik mənbəyindən asılı olmayaq hamısının işləmə mexanizmi oxşarlıq təşkil edir.
Belə ki, ilkin olaraq proses istilik mərkəzindəki müəyyən istilik mənbəyinin (su, buxar, elektrik, yağ) borulardan keçərək metal səthə təmas etməsi ilə başlayır.
Daha sonra bu istilik hava vasitəsilə atmosferə yayılır.
Radiatorların temperaturu necə idarə edilir?
Radiatorlarda temperaturu idarə etmək üçün klapanlardan istifadə edilir.
Yəni klapanların açılma dərəcəsindən asılı olaraq istilik mənbəyinin borulara daxil olma səviyyəsidə dəyişir.
Bu da öz növbəsində metal səthdə temperaturun artıb-azalmasına səbəb olur.
Radiator klapanlarının isə 3 müxtəlif növü var:
1. Əl ilə işləyənlər
Bu radiator klapanlarının üzərində + və – işarələri olur.
Bu, temperaturu tənzimləyərkən onları hansı istiqamətə çevirəcəyinizi müəyyənləşdirməyə kömək edir.
2. Termostatik Radiator Klapanı (TRV)
Termostatik Radiator Klapanları (TRV) əl ilə idarə olunan radiator klapanlarının əvəzedicilərindəndir.
Əl ilə idarə ediləndən fərqli olaraq klapanın üzəri 0-5 arasında nömrələnir.
0 söndürmə, 5 isə ən yüksək ayardır.
Bu da istifadəçiyə temperaturun necə dəyişəcəyi haqqında təsəvvür yaranmasına imkan verir.
3. Ağıllı Termostatik Radiator Klapanı (Ağıllı TRV)
Bu klapanlar ən son model olub heç bir təyin edici işarədən istifadə edilmir.
Yəni neçə dərəcədə olmasını istifadəçi olduğu kimi dərəcəni qeyd edərək özü müəyyən edir.
Hətta siz radiatorun dərəcəsini ağıllı telefonlarınızdan da idarə edə bilərsiniz.
Radiatorlara necə qulluq edilməlidir?
İstiliyin daimi təmin etmək üçün bu cihazlara da xüsusi qulluq etmək gərəklidir.
Onlara qulluq etmək olduqca sadə olsa belə bu prosesi mütəmadi etmək lazımdır.
Bu proses aşağıdakı addımlardan ibarətdir:
1. Radiatorun təmizliyinə nəzarət edilməlidir.
Çünki uzun müddət istifadə edilən və təmizlənməyən radiatorun içinə toz və kir yığılmış olur.
Bu da radiatorun kifayət qədər qızmasına maneə olmaqla birlikdə radiatorlardan yayılan tozlu buxarın havaya yayılması ilə nəticələnə bilir.
Onu mütəmadi olaraq tozsoranla təmizləmək radiatorun daha uzunömürlü olmasına kömək edir.
2. Suda yığılan hava qabarcıqlarının təmizlənməsi
Bu proses radiatorun temperaturunun sabit qalmasına kömək edir.
Çünki radiatorda ilişib qalmış hava radiatorun qeyri bərabər qızmasına səbəb olur.
Bu səbəbdən də siz ara bir klapanları açaraq radiatorun içindəki suyun bir müddət qaba axıtmalısınız.
3. Professional texniki yoxlanış
Özünüzün etdiyiniz mütəmadi baxımla yanaşı ildə bir dəfə radiatorlara professional texniki yoxlanış keçirməlisiniz.
Bu gələcəkdə baş verə biləcək nasazlıqları müəyyən edərək aradan qaldırmağa və radiatorların daha uzunömürlü olmasına kömək edir.
Nəticə
Bütün bu məlumatlar sizə evimizin gizli qəhrəmanları olan radiatorları daha yaxından tanımaq imkanı verir.
Bununla da siz onları nəinki düzgün formada istifadə edir, eyni zamanda onların mütəmadi qulluqlarını edərək onların daha uzun müddət istifadə edilməsinə səbəb olur.
Bu da isti və rahat yaşamağın əsas nöqtəsidir.
Digər istehsal sahələri
Ümumi İzolyasiya Problemləri
Evin İstiliyində Düzgün İzolyasiyanın Əhəmiyyəti
Kombi və Sistemli Qazan: Eviniz üçün Hansı Ən Yaxşısıdır?
Evinizi HVAC Quraşdırılmasına Necə Hazırlamaq Olar: 9 Vacib Məsləhət
Yeni Tikinti üçün HVAC: Bilməli Olduğunuz Şeylər
2026-cı ildə məktəblər üçün ən yaxşı qazanları necə seçmək olar?
Qaz qazanını necə təmizləmək olar?
Mexaniki ventilyasiya nədir?
Allergiya mövsümündə hava keyfiyyətini necə yaxşılaşdırmaq olar
Hava təmizləyiciləri ilə bağlı ümumi miflərin arxasındakı həqiqət
Peşəkarlar üçün Xamut Seçimi: Quruluşu, Növləri və Tətbiq Sahələri
Sənayedə Ölçü Avadanlıqlarının Rolu və Əhəmiyyəti
Təhlükəsizlik Əlcəkləri: Kiçik Vasitə, Böyük Qoruma
Evinizin "Termos" Effekti: Qışda İsti, Yayda Sərin qalmağın Sirri
Praktiki Bələdçi: Qazanxana Sistemlərinin Baxımı, Səmərəlilik və Təhlükəsizliyi
Evimizin gizli qəhrəmanları: Radiatorlar
Radiatorlar necə işləyir: Evinizin istilik paylayıcıları
Qazanxanası necə işləyir: ev istiliyinin əsas mənbəyi
Enerji Qənaətli Ev İsitmə Seçimləri: Tam Bələdçi
HVAC Sistemlərinin Müntəzəm Texniki Baxımı Niyə Vacibdir?
Qazanxanada İdarəetmə və Təhlükəsizlik Qurğuları: Sisteminiz üçün Vacib Komponentlər
HVAC nədir? İstilik və Soyutma Sistemlərinin Əsasları
Böyük binalarda havalandırma sistemləri
Radiatorlar vs Döşəməaltı İsitmə: Hansı İstilik Nasosları ilə Daha Yaxşı İşləyir?
Radiatorlar və İstilik Sistemləri: Eviniz üçün Komfortlu və Enerji Səmərəli Həllər
HVAC Boru İzolyasiyası – Enerji Qənaəti və Temperaturun Sabit Saxlanması
Havalandırma sistemləri haqqında nələri bilmirik?
Enerji səmərəliliyi üçün izolyasiyanın önəmi
Şüşə Yunu ilə Boru İzolyasiyası Nədir və Niyə Vacibdir?
Hansı radiator daha yaxşıdır?

