13.03.2026
Praktiki Bələdçi: Qazanxana Sistemlərinin Baxımı, Səmərəlilik və Təhlükəsizliyi
Qış aylarının soyuq günlərində evimizi isidən radiatorların və isti su ilə təmin edən boylerlərin aralıqsız işləməsinin arxasında qazanxana kimi mürəkkəb bir sistemin dayandığı haqqında öncəki blogumuzdan artıq məlumatlısınız.
İstiliyin stabilliyinin təmin olunması yalnız qazan və digər avadanlıqların mövcudluğu ilə deyil, eyni zamanda sistemin düzgün idarə edilməsi ilə bağlıdır.
Bunun üçün qazanxana sistemində təhlükəsizliyi təmin etməli, onların baxımlarına diqqət etməli və əlavə xərcləri azaltmaq üçün enerji səmərələliyini artırmalısınız.
Qazanxana sistemlərinə baxım və qulluğuna aid praktik məsləhətlər
• Qazanxana otağının təmizləməsi – Qazanxana sadəcə qazanxana avadanlıqlarının olduğu otaqdır. Oranın əlavə əşyaların qoyulduğu bir depo kimi istifadəsi qazanxanada düzgün hava dövranına mane ola, həmçinin tezalışan bir əşyanın qoyulması təhlükəli bir vəziyyətin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də qazanxana otağında başqa əşyaların olmadığından əmin olun.
• Əməliyyat gündəliyi saxlanması – Qazanxanada edilən hər şeyin qeydi aparılmalıdır. Bu gələcəkdə yarana biləcək potensial problemlərin qarşısını almağa kömək edir.
• Mütəmadi texniki qulluğun edilməsi – Mütəmadi edilən texniki xidmət ilə həm texniki nasazlıqları aradan qaldırmalı, həm də sıradan çıxmış köhnə avadanlıqları yeniləri ilə dəyişdirməlisiniz.
• Təhlükəsizlik avadanlıqlarının təşkili – Qazanxana otağında daima təhlükəsizlik avadanlıqlarının mövcud olması həm baş verə biləcək fövqəladə halların qarşısını almağa, həm də tez görülmüş təhlükəsizlik tədbirləri ilə avadanlıqlara daha çox ziyan dəyməsinin qarşısını alır.
• Təlimin təşkili – Qazanxana otağında baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün xüsusi təlimlərdən keçməklə siz həm öz can təhlükəsizliyinizi qoruyur, həm də daha böyük xərclərdən qaçınmış olursunuz.
Qazanxanada enerji səmərələliyinin artırılması yolları
Qazanxana sistemində enerji səmərələliyini artırmaqla siz potensial xərcləri azaldaraq minimuma endirə və evinizin rahatlıq dərəcəsini artıra bilərsiniz.
• Sistemin düzgün tənzimlənməsi – Siz sistemin düzgün idarə edildiyindən əmin olmalısınız, çünki düzgün tənzimlənmədikdə qazan daha çox işləyir, bununla həm yanacaq sərfiyyatı artır, həm də avadanlıqlar daha çox köhnəlir.
• Termostatların avtomatik idarə sistemləri olması – Bu proses temperatura nəzarət edir. Yəni qazan müəyyən istiliyə çatdıqdan sonra avtomatik dayanır və bu da əlavə enerji sərfiyyatının qarşısını alır.
• Radiatorların düzgün quraşdırılması – Sistemin düzgün quraşdırılması ilə siz borularda düzgün izolyasiyanı təmin edir və əlavə istilik itkisinin qarşısını almış olursunuz.
Nəticə
Bu gündən sonra siz qazanxana otaqlarının yanından keçərkən sadəcə qazanxana sistemlərinin necə işlədiyi haqqında məlumatlı olmayacaqsınız.
Eyni zamanda otağa düzgün qulluq, gələcəkdəki xərclərinizi azaltmaq və səmərəliliyi artırmaq üçün praktik məlumatlara da sahib olacaqsınız.
Digər istehsal sahələri
Qazan və soba: Necə qərar vermək olar?
Köhnə bir ev üçün hansı istilik növü ən yaxşı olacaq?
Lazımi qazan gücünü necə hesablamaq olar?
Qazan təzyiqi daim aşağı düşür - səbəb nədir?
Qazanım Niyə Daim Sönür?
Qazan ölçüsü; bu həqiqətən vacibdir
Eviniz üçün düzgün qazan (boiler) ölçüsünü seçmək
Qazanı Davamlı Olaraq İşlək Saxlamalıyam?
Səs-Küylü Qazan: Mümkün Səbəblər Və Həll Yolları
Genişləndirmə Tankının Əhəmiyyəti
Qışda borularınızı necə isti saxlamaq olar: Donmanın qarşısını almaq üçün məsləhətlər
Elektrikli qızdırıcıların növləri
Paltarları hamam dəsmalı radiatorlarında qurutmaq olarmı?
Ümumi İzolyasiya Problemləri
Evin İstiliyində Düzgün İzolyasiyanın Əhəmiyyəti
Kombi və Sistemli Qazan: Eviniz üçün Hansı Ən Yaxşısıdır?
Evinizi HVAC Quraşdırılmasına Necə Hazırlamaq Olar: 9 Vacib Məsləhət
Yeni Tikinti üçün HVAC: Bilməli Olduğunuz Şeylər
2026-cı ildə məktəblər üçün ən yaxşı qazanları necə seçmək olar?
Qaz qazanını necə təmizləmək olar?
Mexaniki ventilyasiya nədir?
Allergiya mövsümündə hava keyfiyyətini necə yaxşılaşdırmaq olar
Hava təmizləyiciləri ilə bağlı ümumi miflərin arxasındakı həqiqət
Peşəkarlar üçün Xamut Seçimi: Quruluşu, Növləri və Tətbiq Sahələri
Sənayedə Ölçü Avadanlıqlarının Rolu və Əhəmiyyəti
Təhlükəsizlik Əlcəkləri: Kiçik Vasitə, Böyük Qoruma
Evinizin "Termos" Effekti: Qışda İsti, Yayda Sərin qalmağın Sirri
Praktiki Bələdçi: Qazanxana Sistemlərinin Baxımı, Səmərəlilik və Təhlükəsizliyi
Evimizin gizli qəhrəmanları: Radiatorlar
Radiatorlar necə işləyir: Evinizin istilik paylayıcıları

