“Caspian Klima” şirkəti 2010-cu ildə təsis edilmişdir. Köklərini mühəndislik xidmətlərinin göstərilməsi ilə başlamışdı, beləki ölkədə inşaatın aktiv davam edən illərində, otel, restoran, xəstəxana, məktəb və digər özəl və kommersiya obyektlərinin isitmə, soyutma, havalandırma, qazanxana sistemlərinin qurulması xidmətlərini göstərməkdə idi.
Layihələrin artması ilə müasir mexanik təsisat mallarının alınmasına ehtiyyac yaranmışdı və bu tələb ilə 2015-ci ildə yola çıxaraq, şirkətimiz qısa müddət ərzində bu sahə üzrə respublikamızda ən iri idxalçılardan birinə çevrilmişdi.
Hazırda şirkətimiz 1000-dən çox çeşiddə müasir isitmə, soyutma, havalandırma, qazanxana məhsullarının təchizatı üzrə respublikanın ən öndə gedən şirkətlərindən birisidir. İşçilik xidmətlərimizi həmin, 2015-ci ildən dayandırmışıq və yalnız məhsul təminatı ilə fəaliyyətimizə davam edirik.
Köklərimizi mühəndislik xidmətlərindən aldığımız üçün və bu sahənin tələbi olan malları dərindən bildiyimiz üçün, təklif etdiyimiz məhsul və avadanlıqlar həm qiymət baxımından, həmdə keyfiyyət baxımından hər zaman müştərinin tələblərini doğru qarşılayır və büdcəsinə qənayət etməyə köməklik göstərir.
Hazırda şirkətimiz respublikamızda fəaliyyət göstərən həm inşaat şirkətlərinin, həmdə mühəndislik (HVAC, MEP) şirkətlərinin bu sahə üzrə güvənilir partnyoruna çevrilmişdir. Layihənizi bizimlə başlanğıcdan sonuna qədər məhsullarımız ilə təmin edə və təhvil verə bilərsiniz.
Dövlətimizin yerli istehsala olan dəstəyini rəhbər tutaraq, bu sahəyə aid məshullardan olan izolyasiyalı və sadə olan əsnək hava kanallarının, Klima Flex markası altında istehsalına başlamışıq. “Made in Azerbaijan” şüarını qürurla xarici bazarlara da çıxarmağı özümüzə məqsəd qoymuşuq.
Məkanlarınızı yüksək keyfiyyətli, etibarlı isitmə, havalandırma və inşaat materialları ilə təmin etmək istəyirsinizsə, Sizi şirkətimiz ilə yaxından əməkdaşlığa dəvət edirik.

